Azərbaycanda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb
Azərbaycanda bir gündə iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyulun 11-də Ağdaş rayon sakini Cavanşir Mirzəyevi təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Digər bədbəxt hadisə isə Ağcabədi rayonunda baş verib. Belə ki, Laçın rayon sakini Fərid Əsədovu elektrik cərəyanı vurub. İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş F.Əsədov orada dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az
470