Azərbaycanda istehsal olunan hücum PUA-sı sınaqdan uğurla keçib
Azərbaycanın Müdafiə sənayesi nazirliyi tərəfindən istehsal olunan “Zərbə” hücum tipli Pilotsuz Uçuş Aparatı (PUA) uğurla sınaqdan keçib və yaxın zamanda Silhalı Qüvvələrimizin ixtiyarına veriləcək.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının nəticələri bə qarşıda duran məsələlərə həsr olunmuş iclasında deyib.
Y.Camalov dövlət başçısına müraciətində qeyd edib ki, onun tapşırığı əsasında qısa zamanda yaradılan “Zərbə” PUA-sı uğurla sınaqdan keçib və yaxın zamanda Milli Ordunun ixtiyarına veriləcək.
Onun sözlərinə görə, apparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla birgə, istənilən vaxt onları məhv etmək iqtidarındadır.
“Əminliklə, qeyd etmək istərdim ki, bu hərbi silah ölkəmizdə istehsal olun digər silah və sursatla birgə Ermənistan ordusu üçün ölüm xəyalətinə çevriləcək və torpaqlarımızın azad olunmasında vacib rol oynayacaq”, - deyə Y.Camalov qeyd edib.
1news.az