Yasamal rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib - FOTO

17:17 - 13 / 07 / 2016
Yasamal rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib - FOTO

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Komitədən 1news.az-a verilən məlumata əsasən, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilib. S. Heydərov bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək təəssüflə bildirib ki, bəzi qüvvələr tərəfindən din amilindən geosiyasi maraqlar üçün istifadə edililir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verən S. Heydərov bildirib ki, bu film dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirir.Dövlət Komitəsinin sədr müavininin sözlərinə görə, filmdə dini radikalizmin qurbanı olmuş insanların və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyətimiz, eləcə də dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikamızda keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin olunduğunu diqqətə çatdırıb.H. Eyvazov qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik şəraitində yaşamaqdadırlar.  

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini maarifçilik işinin düzgün metodlarla təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb.

Qeyd edək ki, müşavirədən öncə “Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.

1news.az

Paylaş:
422

Son xəbərlər

Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42
Bütün xəbərlər