Ağdam sakininin ayağına armatur batdı
Ağdam rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonu, Çəmənli kəndində 1 nəfərin ayağına armatur batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Qarabağ Regional Mərkəzinın xilasediciləri hadisə yerinə cəlb olunaraq armaturu kəsib və zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.
1news.az
396