Pyotr Poroşenko: Ukrayna Dağlıq Qarabağı tanımır | 1news.az | Xəbərlər
Siyasət

Pyotr Poroşenko: Ukrayna Dağlıq Qarabağı tanımır

14:59 - 14 / 07 / 2016
Pyotr Poroşenko: Ukrayna Dağlıq Qarabağı tanımır

Ukrayna Dağlıq Qarabağı tanımır və Azərbaycanın Krımla bağlı eyni mövqedə olmasını alqışlayır.

1news.az-ın “112 Ukrayna” telekanalına istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın prezidenti Pyotr Poroşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı deyib.

“Vurğulamaq istərdim ki, Ukrayna Dağlıq Qarabağı tanımır və, dediyimiz kimi, onun müvafiq sertifikasiya sənədlərini qəbul etmir. Azərbaycanın Krımla bağlı eyni mövqedə olmasını da alqışlayırıq”, - deyə Poroşenko qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğunu nəzərə alaraq tərəflər yanaşmalarının uyğunlaşdırılması və əlaqələndirilməsi, həmçinin çoxtərəfli format çərçivəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü olarkən fəal şəkildə Ukraynanı dəstəkləyib. Və hal-hazırda, vurğulayaraq qeyd etmək istərdim ki, 2016-2017-ci illərdə Azərbaycan bütünlüklə Ukraynanın dəstəyinə arxayın ola bilər”, - deyə Ukrayna prezidenti əlavə edib.

Bundan əlavə, P.Poroşenko Ukraynanın qəti şəkildə Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasının etmədiyini bildirib.

1news.az

Paylaş:
780

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər