Prezident İlham Əliyev: “Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”
Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
1news.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Birgə sənaye komplekslərinin yaradılmasının vacibliyini qeyd edən dövlət başçısı həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycan və Ukraynanın neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlı olduqlarını da diqqətə çatdırıb.
“Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik və bu layihəni bərpa etmək üçün göstəriş verdik. Çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir. Bundan əlavə bu layihə Xəzər, Qara və Baltik dənizlərini birləşdirən yaxşı nəqliyyat imkanları yaradacaq”- deyə, prezident qeyd edib.
1news.az