Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 14-15 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq.
1news.az-ın Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, o, ölkəmizə azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti əsasında gələcək.
M. Çavuşoğlunun Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
M. Çavuşoğlunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.
1news.az
845