Bakıda ağacları qanunsuz kəsdirən şirkət rəhbəri cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağacları qanunsuz kəsdirən şirkət rəhbəri cəzalandırıldı

17:30 - 14 / 07 / 2016
Bakıda ağacları qanunsuz kəsdirən şirkət rəhbəri cəzalandırıldı

İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

1news.az-ın məlumatına görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin “Ressan” MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin  müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək “Ressan” MMC-nin direktoru vəzifəli  şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər