Pyotr Poroşenkonun şərəfinə rəsmi ziyafət təşkil edilib
İyulun 14-də ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi ziyafət təşkil edilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, prezidentlər ziyafətdə çıxış ediblər.
Mərasimdə Ukrayna Prezidentinin ölkəmizə səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyi vurğulandı. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından bu səfərin yaxşı imkan yaratdığı bildirildi. Müasir Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri və ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olundu.
Dövlət başçıları ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələrə malik olduğunu vurğuladılar. Mərasimdə Bakıda gedən inkişaf proseslərinin Ukrayna nümayəndə heyətinin üzvlərində dərin təəssürat yaratdığı bildirildi.
1news.az