Azərbaycanla Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO

14:27 - 15 / 07 / 2016
Azərbaycanla Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə edilib – FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə iki ölkənin qardaş xalqlarının iradəsinə və dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərinə əsaslanaraq, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olunub.

Tərəflər ölkə liderlərinin dostluğu və qarşılıqlı səfərləri, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25-26 aprel 2016-cı il tarixində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal forumunda iştirak etmək üçün Bakıya, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22-24 may 2016-cı il tarixində Ümumdünya Humanitar Sammitdə iştirakla əlaqədar İstanbula səfərini xüsusilə vurğulayıblar.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin, ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf etdiyi diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir E.Məmmədyarov, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib.

Qeyd olunub ki, Ermənistan ərazisində fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyası və stansiyadan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

M.Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsnasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Hər iki tərəf terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qınayıblar. Nazir E.Məmmədyarov fürsətdən istifadə edib son terror aktlarında həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib və onların kədərini bölüşdüyümüzü bildirib.

Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, mütəmadi əsasda iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin keçirildiyi qeyd olunub. Tərəflər beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdə sülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğulayıblar.

Nazirlər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırıblar.

Görüşdə məmnunluqla qeyd olunub ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səyləri davam etdirirlər.

Nazirlər Azərbaycan və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin region və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildiriblər.

Tərəflər parlamentlərarası diplomatiyanın əlaqələrimizdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyətini nəzərdən keçiriblər.

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yer tutduğu qeyd olunaraq, təkcə ARDNŞ tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi vurğulanıb. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə Komissiyasının vacib rolu qeyd olunub.

Elm, mədəniyyət, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini deyən nazirlər ikitərəfli mədəni əlaqələrin və ortaq türk mədəniyyətinin inkişafında TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın xüsusi rolunu da vurğulayıblar.

1news.az

 

Paylaş:
437

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23
Bütün xəbərlər