Hikmət Hacıyev: “İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib”

16:46 - 15 / 07 / 2016
Hikmət Hacıyev: “İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib”

Ukraynanın İCTV kanalının çəkiliş qrupu bir müddət bundan əvvəl Azərbaycanda olub və qoşunların təmas xəttindəki vəziyyət, Ermənistan qoşunlarının mülki Azərbaycan əhalisinə qarşı törətdikləri hücumlar barədə ətraflı və obyektiv veriliş hazırlayıb.

1news.az-ın verdiyi məlumata əsasən, bunu İCTV kanalının çəkiliş qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Bundan sonra İCTV-nin çəkiliş qrupu rəsmən Xarici İşlər Nazirliyinə müraciət edib və Azərbaycanın işğal olunmuş ərazilərində çəkiliş aparılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin akkreditasiyası və icazəsini xahiş edib.

İCTV-nin redaktor müavini Viktor  Soroka tərəfindən XİN-nə ünvanlamış 12 may 2016-ci il tarixli məktubda deyilir:

“Jurnalist Yaroslav Marçenko və Oleksandr Kulakov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, o cümlədən Azərbaycanın qanunlarına tam hörmət edirlər. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər heç bir halda işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcək. Bununla əlaqədar, İCTV-nin çəkiliş qrupuna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün icazə və akkreditasiya verməyinizi xahiş edirik”.

Xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq, bu müraciət nəzərdən keçirilmiş və İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib. XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə hüquqi gücə malik sənəddir.

İCTV kanalının işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaqsa da, bu kanalın Azərbaycanın işğal olunmuş ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfəri qeyd olunmalıdır.

Bəzi media orqanlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə baxmayaraq, Nyu-York Times, Polşanın İctimai Televesiyasi, AlJazeera Arabic və digər KİV nümayəndələri məhz Azərbaycanın icazəsi ilə işğal olunmuş ərazilərə səfər ediblər. Hal-hazırda bu qəbildən olan bir neçə müraciət də nəzərdən keçirilir”, - deyə H.Hacıyev əlavə edib.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23
Bütün xəbərlər