Sürücü maşını yolayrıcına çırpdı: özü öldü, iki sərnişini yaralandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücü maşını yolayrıcına çırpdı: özü öldü, iki sərnişini yaralandı

18:17 - 15 / 07 / 2016
Sürücü maşını yolayrıcına çırpdı: özü öldü, iki sərnişini yaralandı

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 17:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhər sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər