Azərbaycan və Türkiyə XİN rəhbərlərinin təkbətək görüşü başladı - FOTO
İyulun 15-i Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun təkbətək görüşü başlayıb.
1news.az-ın XİN-nin Twitter səhifəsinə istinadən verdiyi məlumata əsasən, görüş əsnasında Dağlıq Qarabağ münaqişəsinin, həmçinin hər iki tərəf üçün maraq kəsb edən regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir.
Qeyd edək ki, bu görüşdən sonra nazirlərin birgə mətbuat konfransı baş tutacaq.
1news.az
537