Prezident İlham Əliyev Milli Agentliyin işçilərini təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Milli Agentliyin işçilərini təltif edib

17:58 - 18 / 07 / 2016
Prezident İlham Əliyev Milli Agentliyin işçilərini təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Allahverdiyev Şahin Köçəri oğlu

Aslanov Adil Həsən oğlu

Babayeva Fəridə Fərrux oğlu

Haqverdiyev Böyükağa Rasim oğlu

Hüseynov Teymur Qafqaz oğlu

Mahmudov Fehruz Behbud oğlu

Məmmədov Aydın Sulduz oğlu

Məmmədov Mobil Xuduş oğlu

Namazov Füzuli Hidayət oğlu

Poladov Samir Vaqif oğlu

Sədili Riyal Zülfiqar oğlu

Vəliyev Anar Xəlil oğlu”.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər