Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər dövlətinin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
1news.az-ın məlumatına görə, səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir E.Məmmədyarov səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
1news.az
560