İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı fərman imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı fərman imzalayıb

19:09 - 19 / 07 / 2016
İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilmişdir. Bu sahədə aparılan işlərə təkan vermək, həmçinin dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında:

1.1.1. orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirsin, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirsin və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görsün;

1.1.2. özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. özəlləşdirmə və idarəetməyə vermə prosesində meydana çıxan sosial problemlərin həllinə dair, o cümlədən istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların ödənilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması və vacib struktur dəyişikliklərinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.

3. Azərbaycan Respublikasının Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyası:

3.1. özəlləşdirmə prosesinə nəzarətin gücləndirilməsi və bu sahədə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü tədbirlər görsün;

3.2. dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşdirilməsi üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

4.1. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Fərmanın 1.1.1-ci bəndi ilə müəyyən olunan siyahıya daxil olmayan, yerdə qalan dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə açıq elan olunduğunu və qanunvericiliyə uyğun özəlləşdiriləcəyini geniş ictimaiyyətə və potensial yerli və xarici investorlara müvafiq informasiya vasitələri ilə bəyan etsin;

4.3. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş dövlət əmlakının özəlləşdirilməsi prosesini sürətləndirsin;

4.4. dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların vəziyyətini araşdırsın, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görsün;

4.5. dövlət əmlakının qanunazidd formada istifadə olunması, torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün tədbirlərin görülməsini, aidiyyəti dövlət orqanlarına bu hallar barədə məlumat verilməsini təmin etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan hüquqi şəxslərə tapşırılsın:

5.1. dövlət əmlakından istifadə olunması barədə xüsusi hesabatın, eləcə də daşınmaz dövlət əmlakının tərkibindəki dəyişikliklərlə bağlı məlumatların dövlət əmlakının Registrində əksini tapması məqsədilə balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;

5.2. dövlət əmlakından səmərəli istifadənin, onun qorunub saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

1news.az

 

Paylaş:
754

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər