Meteoroloqlardan xəbərdarlıq: Güclü külək əsəcək, temperatur 5-8 dərəcə aşağı enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-23-də güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında iyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq iyulun 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, iyulun 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
1news.az