Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək

13:46 - 22 / 07 / 2016
Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

1news.az-a komitədən verilən xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 42) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər