Münhendə baş verən terror aktında ölənlərin sayı 9 nəfərə çatıb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Münhendə baş verən terror aktında ölənlərin sayı 9 nəfərə çatıb – FOTO – YENİLƏNİB

00:41 - 23 / 07 / 2016
Münhendə baş verən terror aktında ölənlərin sayı 9 nəfərə çatıb – FOTO – YENİLƏNİB

MÜNHENDƏ BAŞ VERƏN TERROR AKTI NƏTİCƏSİNDƏ HƏLAK OLANLAIN SAYI DOQQUZ NƏFƏRƏ ÇATIB, BU HAQDA AGENTLİK POLİSƏ İSTİNADLA XƏBƏR YAYIR.

RİA Novosti 

23.41

Almaniyanın sərhəd xidmətinin vertolyotları Münhendə atışma həyata keçirmiş cinayətkarların axtarışına başlayıb, bu haqda Bild məlumat yayır.

Reyter-in məlumatına görə, vertolyotda snayperçilər var.

Cənubi Bavariyanın bütün polis bölmələri Münhenə göndərilib. Şəhərin şimal hissəsində çoxsaylı nəqliyyat dəhlizləri yerləşdirilib.

Qeyd edək ki, cümə günü Münhenin “Olimpiya” ticarət mərkəzi və Karsplas meydanında atışma baş verib. Hadisə nəticəsində həlak olan və yaralılar var. Polis şəhər üzrə xüsusi əməliyyatlarlar həyata keçirir. İnsanların təhlükəsiz yerlərə təxliyə edirlər. Cinayətkarın harada olması barədə hələlik məlumat yoxdur.

RİA Novosti

23.37

Münhendə baş verən hadisə ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Polis insidentin terror aktı olduğunu istisna etmir.

Qeyd edək ki, cümə günü Münhendə “Olympia” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb.

RİA Novosti

22.50

Münhen polisi cümə günü baş verən atışmanın terror aktı olması ehtimalını bəyan edib, bu haqda Reyter məlumat yayıb.

Polis şəhər sakinləri və qonaqları təhlükəsiz yerdə qalmalarına çağırıb.

Qeyd edək ki, cümə günü Münhenin “Olimpiya” ticarət mərkəzi və Karsplas meydanında atışma baş verib. Hadisə nəticəsində həlak olan və yaralılar var.

Polis şəhər üzrə xüsusi əməliyyatlarlar həyata keçirir. İnsanların təhlükəsiz yerlərə təxliyə edirlər. Cinayətkarın harada olması barədə hələlik məlumat yoxdur.

RİA Novosti

22.00

Polis Karlsplats rayonu meydanında, Münhen ticarət mərkəzində baş verən atışmadan sonra daha bir əməliyyat həyata keçirəcək, bu barədə KİV məlumat yayır. 

RİA Novosti 

21.45

Polisdəki nümayəndənin sözlərinə görə, Münhendə ticarət mərkəzidə atışmanı bir neçə silahlı şəxs həyata keçirə bilər.

Bu haqda “Bild” qəzetinə hüquq mühafizə orqanındakı nümayəndəsi Toas Bumman bildirib.

Silahlıların dəqiq sayı bildirilmir. Lakin polisin sözlərinə görə, atışma nizamsız olaraq həyata keçirilib.

Gazeta.ru

21.41

Atışma baş verən ticarət mərkəzindən insanlar təxliyə olunur – FOTO - YENİLƏNİB

Münhen polisi atışma baş verən ticarət mərkəzindən insanları təxliyə edir, bu haqda agentlik məlumat yayıb. 

RİA Novosti

21.33

Polis Xüsusi Xidməti Münhendə ticarət mərkəzində atışma yerinə gəlib, agentlik məlumat yayır.

***

“Sueddeutsche Zeitung” qəzetinin yaydığı məlumata görə, Münhendə baş verən atışmada bir neçə nəfər həlak olub. Lakin qurbanların dəqiq sayı göstərilmir.

KİV şahidlərin sözlərinə əsaslanaraq qeyd edir ki, atəşi naməlum şəxs açıb. Kimsə qaça bilsə də, ən azı 15 nəfər həlak olub.

Frans Press agentliyi isə bir nəfərin öldüyü, 10 nəfərin yaralandığını qeyd edir.

Bütün bu məlumatların rəsmi təsdiqi yoxdur.

RİA Novosti

21.03

Almaniyanın Münhen şəhərinin ticarət mərkəzlərinin birində naməlum şəxs insanlara atəş açıb.

İlkin məlumata əsasən, hücum zamanı 15 nəfər həyatını itirib. Polisə ilk bildiriş 17.52 (Moskva vaxtı ilə 18.52-də) daxil olub.

Münhen polisi hələlik əftarflı məlumat verməyib.  

RİA Novosti

Paylaş:
744

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər