Ermənistanın hərbi qulluqçusu düşmən ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb
Ermənistan kütləvi informasiya vasitələrinin guya Azərbaycan silahlı bölmələrinin iyulun 23-nə keçən gecə saat 00.10-da atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.
Qeyd olunub ki, M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.
603