Bakıda iki nəfər qarpızdan zəhərlənərək ölüb
Bakıda iki nəfər qidadan zəhərlənərək dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyulun 23-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Marina Nəcmuddinova qarpızdan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Digər oxşar hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, iyulun 24-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az
583