İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib

20:24 - 25 / 07 / 2016
İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının prezidenti  Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.

Bundan başqa dövlət başçısı Müstəqillik günü münasibətilə Liberiya Respublikasının prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu ünvanlayıb.

1news.az

 

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər