Səhiyyə naziri baş verən hadisə ilə əlaqədar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına gedib
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda baş verən hadisə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Şəhər Xəstəxanasına gəlib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, indiyə kimi Şirvan Mərkəzi Şəhər Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub.
Yaralılara yüksək səviyyədə zəruri tibbi yardım göstərilir.
1news.az
604