Sue Li: AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Sue Li: AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk

19:25 - 26 / 07 / 2016
Sue Li: AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk

AZƏRTAC-ın Çin dili və mədəniyyətinin təbliğinə, Çin dili üzrə mütəxəssislərin hazırlanmasına önəm verməsini yüksək qiymətləndiririk.

Bu fikir Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonu Xarici İşlər İnstitutunun baş katibi Sue Li ilə iyulun 26-da AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında bütün istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əlaqələrin inkişaf etdiyini, bunun davamlı xarakter daşıdığını bildirib.

Qeyd olunub ki, AZƏRTAC Çinin Sinxua Agentliyi ilə sıx tərəfdaşlıq edir, hər iki agentlik intensiv informasiya mübadiləsi aparır. Azərbaycandakı Konfutsi İnstitutu ilə birgə dörd ildir ki, AZƏRTAC-da Çin dili kursları fəaliyyət göstərir, hər il agentliyin bir neçə əməkdaşı Çinin müxtəlif şəhərlərində keçirilən görüşlərdə iştirak edir. Agentliyin Pekində müxbir məntəqəsinin, Çin dilində informasiya bölməsinin və saytının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu görüşün Sincan Xarici İşlər İnstitutu ilə münasibətlərin qurulması üçün yaxşı imkanlar açdığı vurğulanıb.

Sue Li AZƏRTAC-ın Çin dili üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət yetirməsini yüksək qiymətləndirdiklərini qeyd edib. O bildirib ki, səfərinin məqsədi Azərbaycanın iqtisadiyyatı, inkişaf meyilləri ilə yaxından tanış olmaq, Çinin qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonu ilə əlaqələri genişləndirmək üçün perspektivli sahələri müəyyən etməkdir. “Həm Konfutsi İnstitutu vasitəsilə, həm də birbaşa AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlıyıq. Urumçidə “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində keçiriləcək forumda AZƏRTAC-ın iştirakı iki qurum arasında münasibətləri daha da yaxınlaşdıracaq”, - deyə Sue Li qeyd edib.

Görüşdə Qərbi Asiyada iqtisadi məlumatların mübadiləsi üzrə komissiyanın üzvü Ma Nin, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru Luo Siaocı və institutun əməkdaşı Li Çensyu iştirak ediblər.

AZƏRTAC

Paylaş:
664

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər