Yol tikintisinə 5,9 milyon manat ayrıldı - SƏRƏNCAM
İlham Əliyev Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“1. Yetmiş iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.
1news.az