Həmyerlisini bıçaqlayaraq öldürən şəxs polisə təslim olub
Həmyerlisini bıçaqla yaralayaraq ölümünə səbəb olan şəxs polisə təslim olub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyulun 28-də Sabunçu qəsəbəsisində qəsəbə sakini Fərman Eminov münaqişə zəminində həmyerlisi Elməddin Əmənovun bud nahiyələrinə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş E.Əmənov qanaxmadan orada dünyasını dəyişib.
F.Eminov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.
1news.az
528