“Polislər” gözətçini oğurlayaraq 3 min manat pulunu aldılar | 1news.az | Xəbərlər
Cəmiyyət

“Polislər” gözətçini oğurlayaraq 3 min manat pulunu aldılar

16:09 - 29 / 07 / 2016
“Polislər” gözətçini oğurlayaraq 3 min manat pulunu aldılar

Novxanı sakinini girov götürərək pulunu alan saxta polislər saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, iyulun 26-da Novxanı kənd sakini Əli İsmayılov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək iyulun 24-də saat 03:00 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gəldikdən sonra özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxladığını bildirib.

Onun sözlərinə görə, həmin şəxs ona hədə-qorxu gələrək 5000 manat pul istəyib, 3000 manat aldıqdan sonra isə buraxıb. Lakin sonradan telefonuna zəng edib əlavə 2000 manat pul tələb edib.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar.

T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.

1news.az

 

Paylaş:
415

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər