Bredli Kuper və İrina Şeykin romantik İtaliya tətili davam edir – FOTO
Bredli Kuper və İrina Şeyk deyəsən həqiqətən də bir yerdə çox xoşbəxtdir.
Sevgililər birlikdə İtaliyada səyahət edirlər. Bu dəfə onlar yaxta ilə Sardiniyada dincəlməyə gediblər. Ətrafdakı paparassilərin nəzər diqqətində onlarda olmasına baxmayaraq, cütlük bir-birinə olan hisslərini həssascasına nümayiş etdirib.
İrina ağ rəngli yay çimərlik paltarında günəşlənib: skeptiklər bu rəngin ona qaradan daha çox yaraşdığını da vurğulayıblar. Söhbər Şeykin yaxın günlərdə İtaliyanın Qarda gölü ətrafında çəkdirdiyi şəkillərdən gedir. Sevgilisinin müşayiəti ilə dar çimərlik geyimində olan İrinanın başında da folqadan spesifik papaq olub ki, bu da onun ünvanına çox saylı tənqidlərə səbəb olub.
Cütlüyün İtaliyada birgə tətilinin davam etməsi toy haqda söz-söhbətlərin yaranmasına səbəb olub. Tərəfkeşlər sevgililərin münasibətlərinin daha ciddiləşməsindən danışır. Belə ki, onlar 30 yaşlı modelin tezliklə ana olması, eləcə də Hollivud aktyorunun onu dəstəkləməsini də söyləyirlər.