İlham Əliyev Mərakeş kralına məktub yollayıb
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədi təbrik edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd edilib:
“Əlahəzrət, Əziz Qardaşım,
Ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm”.
1news.az
501