Türkiyə Silahlı Qüvvələrinin yeni tərkibi təsdiqləndi | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Silahlı Qüvvələrinin yeni tərkibi təsdiqləndi

00:13 - 29 / 07 / 2016
Türkiyə Silahlı Qüvvələrinin yeni tərkibi təsdiqləndi

Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın 5 saat davam edən iclasında mühüm qərarlar qəbul olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və digər məsələlər müzakirə edilib.

İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

Daha sonra sonra Prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət verilib.

Şuranın iclasında qəbul olunan qərarlar Ərdoğan tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanıb.

Türkiyə Silahlı Qüvvələrinin yenidən təşkilatlanması ilə əlaqədar açıqlama verən Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın diqqətə çatdırıb ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Dəniz Qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal vəzifələrinin icrasına davam edəcəklər. Ordu generalları Yaşar Gülər və Ümid Dündar müvafiq olaraq Jandarma Qüvvələri komandanı və Baş qərargah rəisinin müavini vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

1news.az

Paylaş:
518

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər