Çavuşoğlu: Qarabağın nizamlanması məsələsində Türkiyə Azərbaycanın irəli sürdüyü istənilən mövqeni dəstəkləyəcək | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Qarabağın nizamlanması məsələsində Türkiyə Azərbaycanın irəli sürdüyü istənilən mövqeni dəstəkləyəcək

12:35 - 29 / 07 / 2016
Çavuşoğlu: Qarabağın nizamlanması məsələsində Türkiyə Azərbaycanın irəli sürdüyü istənilən mövqeni dəstəkləyəcək

“Ankara Cənubi Qafqazda etibar və sabitlik ab-havasının bərpa olunmasına çalışır. Və bu istiqamətdə o Azərbaycanla birgədir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib:

“Son zamanlar ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səyləri fəallaşıb. Moskva da bu istiqamətdə əlavə səylər göstərir. Biz də öz töhfəmizi göstərmək istəyirik”. 

“İstəyirik ki, Cənubi Qafqazda tam sabitlik və etibarlılıq ab-havası bəpra olunsun. Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü istənilən mövqeni dəstəkləyirik”, - deyə o, sözlərinə əlavə etdi.

Türk-erməni münasibətlərinin normallaşdırılması Azərbaycan tərəfindən birgə baxılacaq.

Türk-erməni münasibətlərinin normallaşdırılması məsələsinə toxunan nazir qeyd edib ki, Ankara daha əvvəllər də bu istiqamətdə addımlar atıb, lakin bu, uğursuz nəticələnib.

 “Növbəti proseslərdə də Azərbaycanın qəbul etdiyi mövqelər çərçivəsində regionda münasibətlərin normallaşdırılması istiqamətində birgə addımlar atacağıq. Lakin hər zaman bəyan etdiyimiz kimi bu, hər şeydən öncə Azərbaycanın atdığı addımlardan irəli gəlməlidir.

Soçidə olan zaman rusiyalı həmkarım Sergey Lavrova Ankaranın Moskvanın səylərini dəstəklədiyini bildirmişdim. O, sonrakı proseslərin birgə ola biləcəyini bildirdi və mən də bununla razılaşdım”, - Çavuşoğlu dedi.

Əgər Qırğızıstanda dövlət çevrilişi baş verərsə, bunun müəllifi FETÖ-dur

FETÖ teror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhddən danışan Çavuşoğlu bildirib ki, “Paralel qurumun” üzvləri – bir sıra prokuror və hakimlər Almaniyaya qaçıb.

Həmçinin nazir Almaniyanın onların Ankaraya qaytarılması mövqeyinidən razılığını da bildirib: “Berlin həmin şəxsləri Türkiyəyə qaytarır”.

Bundan əlavə Çavuşoğlu FETÖ-nun Las-Veqasda hərbi bazada məktəb açması xəbərinə də aydınlıq gətirib:

 “ABŞ-ın mövcud qanunları şərtlərində məktəbin açılmasına icazə verilirsə, nə demək olar?”.

O xatırladıb ki, son zamanlar Gülən təşkilatının ABŞ-ın müxtəlif ştatlarında açdığı məktəblərdə qanun pozuntuları ilə bağlı xəbərlər yayılıb.

“Həmçinin Gülən terror təşkilatının məktəbləri öz məqsədləri üçün istifadə etmələləri də dərc edilir. Buna görə də, nə cür olsa da, bu təşkillatların fəaliyyəti araşdırılıb öyrənilməlidir”. 

Türkiyənin XİN rəhbərinin sözlərinə görə, Ankara bir tərəfdən FETÖ üzvləri ilə mübarizə aparır, digər tərəfdən də başqa ölkələrdə olan səfirlərinə bu terror təşkilatının mahiyyətini ifşa etməyə çalışır:

“Təəssüflər olsun ki, elə ölkələr oldu ki, onlar bu məsələni ciddi qəbul etmədi. Lakin indi onlar bunun təhlükəli olduğunu dərk etdilər”.

Çavuşoğlu qeyd edib ki, FETÖ Qırğızıstanda geniş inkiaşf etmiş quruma malikdir.

“Bu ölkədə Gülən tərəfdarları tərəfindən hərbi çevriliş təhlükəsi qalmaqdadır. Əgər Qırğızıstanda dövlət çevrilişi baş verərsə, bunun müəllifi FETÖ-dur”.

1news.az

Paylaş:
829

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər