Azərbaycanda qeyri-adi ev - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qeyri-adi ev - VIDEO

16:02 - 30 / 07 / 2016
Azərbaycanda qeyri-adi ev - VIDEO

31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edilib.

1news.az Region TV-yə istinadən xəbər verir ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib.

Belə ki, mənzilin divar və fasadı milli ornamentli çayniklər və digər çini qablarla hörülüb. Yerli sakinlər bura “çaynikli ev” deyirlər.

Evin hazırki sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib. Evin ərsəyə gəlməsində təqribən  5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.

Ev sakini deyir ki, hələ Gəncənin özündə buranı az adam tanıyır. Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, hazırda yox olmaq təhlükəsi ilə üzləşib. Bəzi hörgülər uçmağa başlayıb. Onlar çalışsalar da, evi qorumağa güclərinin çatmadığını deyir.

1news.az

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər