Bərdədə maşın su kanalına düşdü, 3 nəfər boğulub öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə maşın su kanalına düşdü, 3 nəfər boğulub öldü

20:43 - 30 / 07 / 2016
Bərdədə maşın su kanalına düşdü, 3 nəfər boğulub öldü

Bərdədə 3 nəfərin ölümü və 1 nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib.

Bərdə rayon Hızırlı kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər