Havanın temperaturu 36 dərəcəyə qədər qalxacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 36 dərəcəyə qədər qalxacaq

13:06 - 01 / 08 / 2016
Havanın temperaturu 36 dərəcəyə qədər qalxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal  küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 2-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

1news.az

 

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər