Elin Süleymanov: Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ-la strateji əməkdaşlığı davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Elin Süleymanov: Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ-la strateji əməkdaşlığı davam etdirəcək

10:41 - 01 / 08 / 2016
Elin Süleymanov: Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ-la strateji əməkdaşlığı davam etdirəcək

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Dövlər Departamenti tərəfindən keçirilən proqram çərçivəsində beynəlxalq diplomatlardan ibarət qrupun tərkibində Respublikaçılar və Demokrat partiyalarının Klievlend və Filadelfiya şəhərində qurultayında iştirak edib.

1news.az-ın Amerikanın Səsi-nə istinadla verdiyi xəbərə görə, bu haqda Elin Süleymanov Filadelfiyada Demokrat partiyasının qurultayında öz təəsüratları ilə bölüşüb:

“Çox maraqlıdır. Klivlenddə və Filadelfiyada maraqlı müzakirələr aparılır. Səfər Dövlət Deprtamentinin protokol xidməti tərəfindən keçirilir. Klivlenddə və Filadelfiyada 80-dən yuxarı səfir iştirak edir, o cümlədən Azərbaycan Respublikasının səfiri. Biz həm Demokrat partiyasının, həm də Respublikaçılar partiyasının xarici siyasət komandaları ilə görüşmüşük, maraqlı müzakirələr aparmışıq və gələcək administrasiya hansı olsa, onların gələcək baxışları ilə tanış olmuşuq. Gələcəkdə hansı fikirlərin, hansı siyasi yanaşmaların olacağını demək hələ tezdir. Amma səfirlər üçün bu görüşlər çox maraqlı keçir”.

Elin Süleymanov seçkilərdə hansı partiyanın qələbə qazanmasından asılı olmayaraq Azərbaycan və Amerika arasında ikitərəfli münasibətlərin durmadan inkişaf edəcəyinə inandığını bildirib.

“Azərbaycan tərəfi seçkilərin nəticəsindən asılı olmayaraq Amerika ilə strateji əməkdaşlığı davam etdirəcək və Amerika tərəfi də Azərbaycanın strateji əhəmiyyətini, regionda aparıcı rolunu tanıyır. Bunu hər iki qurultayda iştirak edərək, müxtəlif müşavirlərlə, xarici siyasətlə məşğul olan şəxslərlə görüşərək gördük ki, həqitətən də Amerika tərəfi Azərbaycanla strateji, konstruktiv münasibətləri davam etdirməkdə maraqlıdır. Bu da təbii haldır. Bilirsiniz ki, artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsində bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən, ABŞ-la çox güclü, çox müsbət münasibətlər qurub və istəyirik ki, bu münasibətlər davam etsin”.

1news.az

 

Paylaş:
697

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər