Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri ilə regiondakı hərbi-siyasi durumu müzakirə edib
Avqustun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
1news.az
677