Bakıda səfirlik maşını zəncirvari qəzaya düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda səfirlik maşını zəncirvari qəzaya düşüb

11:15 - 03 / 08 / 2016
Bakıda səfirlik maşını zəncirvari qəzaya düşüb

Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus “Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus “Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşublar.

Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Polis faktla bağlı araşdırma aparır.

1news.az

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər