Mübariz Əhmədoğlu: “Ermənilər vaxtilə Azərbaycan torpağında törətdiklərini indi öz torpaqlarında törədirlər” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Ermənilər vaxtilə Azərbaycan torpağında törətdiklərini indi öz torpaqlarında törədirlər”

13:34 - 04 / 08 / 2016
Mübariz Əhmədoğlu: “Ermənilər vaxtilə Azərbaycan torpağında törətdiklərini indi öz torpaqlarında törədirlər”

Qərb liderləri Yaxın Şərqdə güclü liderin mövcudluğunu qəbul edə bilmirlər. Bizim qənaətimizə görə, Türkiyədə hərbi çevrilişi ABŞ-a bağlı hərbçilər başlayıblar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Türkiyədə baş verən son hadisələri şərh edərkən deyib.

Türkiyə prezidenti Ərdoğanın dərhal hadisələri dovlət çevrilişlərindən bezmiş Türkiyə xalqının maraqlarının qorunmasına yönəltdiyini deyən politoloq bildirib ki, indi həm Ərdoğan, həm də ABŞ tərəfi hərbi çevrilişin ilkin dövründən öz xeyirləri üçün istifadə etməyə başlayıblar:

“Ərdoğan prezident hakimiyyətini gücləndirmək istəyir. Bu məsələdə ona mane ola biləcək şəxslər və parametrlər aradan qaldırılır. Fətullah Gülənin tələb edilməsi bu rakursdan qəbul edilməlidir. Hətta ötən ilin noyabrında Rusiyanın Su-24 təyyarəsini vuranlar da rəsmi Ankaranın fikrincə, hərbi çevrilişçilər sırasındadır. Bununla Ərdoğan ABŞ-a təzyiq elementi yaratmaqla yanaşı özünü Rusiyaya daha yaxın göstərmək istəyir. Amma ABŞ hərbi çevrilişin başlanğıcının yaratdığı nəticələrdən istifadə etməyə daha hazırlıqlı görünür. Hibrid anlayışı hərbi və informasiya texnologiyaları sahəsində geniş tətbiq olunmağa başlayıb. İndi görünür hibrid çevriliş anlayışı gündəlikdədir.

Hərbçilər Qərbin maraqlarına uyğun siyasət aparmayan, Rusiyaya yaxınlaşan Türkiyə prezidenti R.T.Ərdoğana qarşı mübarizənin başlanğıcını qoydular. Avrasiya materikində, keçmiş SSRİ-yə və ya indiki Rusiyaya qarşı Türkiyənin mövqeyi nə qədər orijinaldırsa, Qərbin ona qarşı tətbiq etdiyi mübarizə metodu da bir o qədər orijinal olur. Hərbçilərin fəaliyyəti tədricən azalır. Amma Türkiyəni insan hüquqlarını pozmaqda ittiham edən səslərin sayı getdikcə çoxalır”.

“Qərb liderləri Yaxın Şərqdə güclü liderin mövcudluğunu qəbul edə bilmirlər”

Qərb liderlərinin Yaxın Şərqdə güclü liderin mövcudluğunu qəbul edə bilmədiklərini deyən M.Əhmədoğlu misal olaraq İraqın keçmiş rəhbəri Səddam Hüseyni və Liviya lideri Qəddafini göstərib:

“İraqın başçısı Səddam Hüseyn diktator adlansa da güclü şəxsiyyət idi. Təkcə öz əhalisi deyil, bəzi qonşu dövlətlərin əhalisi də İraqın hesabına yaşayırdı. O cümlədən Liviyanın prezidenti Müəmmər Qəddafinin rəhbərlik etdiyi Liviyada mətbuat azadlığı və demokratiya Qərbdəki səviyyədən xeyli aşağıda ola bilərdi. Amma bu dövlət regionda komfort adası idi. Region əhalisinin böyük əksəriyyəti üçün donora çevrilmişdi. Qəddafiyə məxsus milyardlar Avropa banklarında və Avropa liderlərinin hesablarında cingildəyirdi. Məhz ona görə, Qəddafini amansızcasına öldürdülər. İndi nəinki demokratiya, ümumiyyətlə Liviya dövləti yoxdur. Liviya da daxil olmaqla qonşu dövlətlərin əhalisinin əksəriyyəti Avropaya miqrasiya edirlər. Ölən miqrantların sayı 100 min nəfər hüdudlarındadır.

Qərb artıq səhvini başa düşüb, amma sonadək düzəlməyiblər. Suriya prezidenti Bəşər Əsədə münasibət bunu göstərir. Əvvəllər B.Əsədin dərhal hakimiyyətdən uzaqlaşdırılmasını tələb etdikləri halda, indi onunla aralıq koalisiyaya getməyin mümkünlüyünü bildirirlər. Qərb liderlərinin mövqe dəyişikliyi yalnız bu qədərdir. Yaranmış vəziyyəti R.T.Ərdoğanın üzərinə ekstrapolyasiya etsək Qərbin Türkiyədəki hibrid çevrilişinin ssenarisi aydın olur: Ərdoğan öldürülmür, amma hərbi və siyasi təzyiq metodlarını hibridləşdirməklə Türkiyəni əvvəlki Qərbin köləsi olan dövlətə çevirmək istəyirlər.

R.T.Ərdoğanın apardığı siyasət bəzi qüsurlara malik ola bilər. Amma Ərdoğan Türkiyənin iqtisadi müstəqilliyinə nail olmuş liderdir. O hakimiyyətə gəldikdən sonra ölkəsinin iqtisadi vektorunu MDB məkanına, xüsusilə Rusiyaya çevirdi. Nəticədə, güclü iqtisadi inkişaf yarada bildi. Belə Türkiyə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun kreditlərindən asılı olmadı. Bu kreditlərdən asılı olmamaq həm də ABŞ-ın siyasi təzyiqlərindən yayınmaq idi. Eləcə də Qərb Türkiyənin daxilində yaranmış etniki və dini proseslərə də konstruktiv mövqe bildirmədi. Daha çox yaranmış vəziyyətdə Ərdoğan hökumətinə təzyiq elementi kimi istifadə etdi. PKK terrorçularının son bir ildə öldürdüyü Türkiyə vətəndaşlarının sayı az qala min nəfərə yaxınlaşır. Amma ABŞ hələ də kürd faktoruna qarşı mübarizədə Ərdoğan hökumətinə lazım olan dəstəyi verməyib. Qərb-Türkiyə münasibətlərinin gərginləşməsinin günahkarı Türkiyə deyil. SSRİ dağıldıqdan sonra Türkiyə Qərb üçün lazımsız dövlətə çevrildi. Türkiyə özünün müstəqil yolunu axtardı və tapdı. İndi Qərb yenidən Türkiyəni Rusiyanın əleyhinə qoymaq istəyir. Eləcə də Türkiyənin iqtisadiyyatına, Qərbə inteqrasiyasına və daxilində baş verənlərə konstruktiv prizmadan dəstək vermək niyyətində deyil. Bu onu göstərir ki, Qərb istədiyini zor tətbiq etməklə almağa daha çox yaxındır”.

“Ermənistanda keçmiş Qarabağ döyüşçüləri sosial-iqtisadi vəziyyətlərini düzəltmək üçün bəhanə axtarırlar”

M.Əhmədoğlu Ermənistanda baş verən son hadisələrə də münasibət bildirib. Qərbin ermənilərə dəstəyinədən danışan politoloqun sözlərinə görə, miflərin əsarəti altında olan erməni xalqının “Sasun dəliqanlıları”nın terrorçuluğunu dəstəkləməsi gözlənilən idi. Bundan başqa o hazırda həbsdə olan Livan ermənisi, Ermənistan vətəndaşlığı ala bilməyən, “Şuşa” batalyonun komandiri J.Sefilyana bağlı silahlıların Yerevanın Erebuni rayonunun polis alayına hücumunun da gözlənilən olduğunu söyləyib:

“Ermənistanda keçmiş Qarabağ döyüşçülərinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Vəziyyətlərini düzəltmək üçün bəhanə axtarırlar. Dörd günlük müharibə zamanı onlar vəziyyətlərini düzəltmək üçün imkan tapsalar da sonradan nizami ordu ilə yola getmədikləri üçün Dağlıq Qarabağdan çıxarıldılar.

Digər tərəfdən üçtərəfli Sankt-Peterburq görüşü ermənilər üçün təslimçi effekti yaratdı; Dağlıq Qarabağ ətrafındakı əraziləri S.Sarkisyan Azərbaycana qaytarır. Ona görə, siyasi mübarizəni silahlı üsyan formasında davam etdirməyi məqbul saydılar”.

J.Sefilyanın S.Sarkisyandan çox narazı olduğunu deyən M.Əhmədoğlu S.Sarkisyanın yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etməyə çalışdığını diqqətə çatdırıb:

“ a) J.Sefilyanın vasitəsilə hay-küy salıb, Dağlıq Qarabağ tənzimlənməsini bir müddət unutdurmaq Putinə və digər həmsədr ölkə prezidentlərinə cavabı yubatmaq. b) J.Sefilyanı və ətrafındakıları provokator qismində istifadə edərək cəmiyyətdə olan bütün  müxalif qüvvələri aşkarlamaq. Bu ilk növbədə keçmiş müdafiə naziri S.Babayana ünvanlı idi. c) Dağlıq Qarabağ tənzimlənməsində S.Sarkisyanın hakimiyyətinə təhlükə yarada biləcək bütün qüvvələri neytrallaşdırmaq. Eks prezident Levan Ter-Petrosyan da ötən əsrin 90-cı illərin sonlarında daşnakları həbs etdirdi. Daşnaklar onun məlum Dağlıq Qarabağ tənzimlənməsinin əleyhinə idilər. Yeri gəlmişkən indiki vəziyyətdə daşnaklar S.Sarkisyanı dəstəkləyir. Baxmayaraq ki, cəmiyyətdə müəyyən qisimdə belə bir inam var ki, S.Sarkisyan eyni ilə Levon Ter-Petrosyan kimi Dağlıq Qarabağı təhvil verməyə hazırlaşır. Bu işdə 1-ci və 3-cü prezidentlər ittifaq yaradırlar”.

Politoloq S.Sarkisyanın J.Sefilyanı aktivləşdirməkdən ötrü praktiki addımlar atdığını bildirərək onun tərəfdarlarına qarşı təzyiqlərin gücləndirildiyini də sözlərinə əlavə edib:

“Sankt-Peterburq prezidentlərin üç tərəfli görüşünə gedərkən J.Sefilyanı həbs etdirdi. Sankt-Peterburqdan qayıtdıqdan sonra Dağlıq Qarabağa ikinci səfəri zamanı J.Sefilyana yaxın adamların evində axtarış apartdırdı. Dağlıq Qarabağdan qayıdan ərəfədə hal-hazırda polis alayına hücuma rəhbərlik etmiş Manvel Manukyanın qardaşı Tatul Manukyanı həbs etdirdi. Bütün bunlar gərginliyin qarşısını almaqdan ötrü atılmış profilaktik tədbirlər kateqoriyasında qəbul edilə bilməz. Çünki S.Sarkisyan bilir ki, ermənilərin hamısı onu hiyləgər şahmatçı kimi qəbul edir. Ona görə o addımlar atarkən minimum ikibaşlı olmasına xüsusi diqqət verir.

J.Sefilyanın tərəfdarlarının Erebunidə hücumunun adı və ya statusu  dəqiq bəlli deyil: ı. Terror hadisəsidir. Belə düşünənlərin sayı yalnız rəsmilərdir. Bəzən onlar da terror terminini işlətmir. Ermənistanın Baş prokurorunun açıqlaması bunun sübutudur. ıı. Bu xalq üsyanıdır, torpaqların verilməsinin qabağını almaq istəyir. Hətta BBS-nin müxbiri etiraf etdi ki, Yerevan əhalisindən heç kim bu hadisəni terror hadisəsi adlandırmadı və pisləmədi”.

“Həkim briqadasının girov götürülməsi dünyada analoqu olmayan hadisədir”

Etik əxlaqi, xristian dəyərləri prizmasından baş verənlərin xüsusi diqqət çəkdiyini deyən M.Əhmədoğlu bildirib ki, baş verən hadisələr zamanı hakimiyyət təmsilçiləri bir-birinə qarşı mübarizədə heç bir əxlaqi dəyərə riayət etmədilər:

“Polislər “Təsis parlamentinin” üzvü, etiraz aksiyasının təşkilatçısı Varujan Avetisyanın arvadını və qızını girov götürdü. Aktiv müxalifətçilərindən birinin qadın qohumunu mitinqdən apardılar. Qadınları həbs etməklə müxalifətçilərə “namus” mesajı vermək istəyirdi. Kanadalı aktrisa Arsine Xancyan qadındır. Əri də dünyaca məşhur kinorejissor Atom Eqoyandır. Bu ailənin ermənilərin indiki inkişafında mühüm rolu olub. A.Xancyanı da  bu mitinqlərdə həbs etdilər. Onun həbsi zamanı maraqlı proses baş verib. A.Xancyanı həbs edən polisə mitinq rəhbərlərindən biri bu qadının kim olduğunu deyib. Polis dərhal onu buraxıb. Sonradan yenidən həmin polisə əmr olunub, həmin polis A.Xancyanı həbs edib aparıb. Bu özü onu göstərir ki, qadınlarla bağlı məsələ “yuxarılar” tərəfindən idarə olunur.

Həkim briqadasının girov götürülməsi isə dünyada analoqu olmayan hadisədir. Rusiyalı məşhur həkim L.Roşal bunu insanlığa yaraşmayan hərəkət adlandırdı. “Nord Ost”da (Moskva) böyük bir qrup əhalini çeçen yaraqlıları girov götürdükləri halda da həkimlərin fəaliyyətinə qadağa qoymamışdı. Özlərini ermənilərin tarixinin, mənəviyyatının və dövlətçiliyinin daşıyıcıları hesab edən Sasun dəliqanlıları həkim briqadasını girov götürdü. Bütün təkidlərə baxmayaraq onları azadlığa buraxmadı. Yalnız bir nəfər feldşeri azadlığa buraxdı. O da dərhal Qarabağda hərbi xidmətdə olan qardaşının yanına getdi. Həkim briqadasının üzvlərindən biri tibb bacısı-qadındır. Terrorçular onu da buraxmadılar. Ermənistanın tanınmış həkimləri I və II dünya müharibəsi daxil olmaqla heç bir müharibədə həkimlərin girov götürülmədiyini bildirdilər”.

“Ermənistanda baş verənlərin bu səviyyəyə çatmasında beynəlxalq ictimaiyyətin də rolu böyükdür”

M.Əhmədoğlu bildirib ki, Ermənistanda baş verənlərin bu səviyyəyə çatmasının günahı təkcə erməni xalqının başında duranlarda deyil. Beynəlxalq ictimaiyyətin də rolu böyükdür:

“Ermənistan hər bir istiqamət üzrə yalan hazırlayıb həmin dövlətlərə təqdim edib, həmin dövlətlərin siyasi isteblişmenti də buna inanıblar. Heç kəs Ermənistanın saxta tarixinə qarşı mübarizə aparmayıb. ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin son bəyanatı S.Sarkisyanı xilas etməyə yönəlib. Beynəlxalq ictimaiyyətin Yerevanda baş verənlərə demək münasibəti yoxdur. BMT, Aİ, Avroparlament, ABŞ Dövlət Departamenti beynəlxalq insan hüquq müdafiə təşkilatları Ermənistanda baş verənlərə münasibət bildirməyib. Demokratik dəyərlər, insan hüquqları və mətbuat azadlığı demək olar ki, tamamilə tapdalanıb. Yalnız ABŞ-ın və Aİ-nin Ermənistandakı səfirliklərinin 3 reaksiyaları bəllidir. Hakimiyyəti təmkinli olmağa çağırırlar, amma onlar da hadisəni terror kimi dəyərləndirə bilmirlər. ABŞ səfirliyinin Ermənistanın daxilindəki xaosda maraqlı olduğunu ehtimal etmək olar”.

“Ermənilər vaxtilə Azərbaycan torpağında törətdiklərini indi öz torpaqlarında törədirlər”

“Sasun dəliqanlıları”nın terror aktının erməni xalqı tərəfindən dəstəkləndiyini deyən politoloqun sözlərinə görə, miflərin əsarəti altında olan xalqın terrorçuluğu dəstəkləməsi gözlənilən idi:

“Ardıcıl mitinqlər keçirməklə xalq terrorçuluğu dəstəklədi. Miflərin əsarəti altında olan xalqın terrorçuluğu dəstəkləməsi gözlənilən idi. Bu erməni xalqının mahiyyətinin göstəricisidir. Amma rəsmi Yerevanın mövqeyi paradoksaldır. Çünki indi orada onlar da saxta miflər arasında böyümüş şəxslərdir. Y.Sefilyanın tərəfdarları vaxtilə Azərbaycan torpağında törətdiklərini indi öz torpaqlarında törədirlər.

Rəsmi Yerevanın nümayişçilərə münasibəti də ənənəyə uyğun oldu. Zorakı metodlarla nümayişlər dağıdıldı.

Polis polkunu girov götürən terrorçulara qarşı mübarizə metodu orijinala yaxındır. Hər gün atışma baş verir, içəridəki 30 nəfərdən orta hesabla 2-si yaralanır. Sonradan onları müalicə adı ilə xəstəxanaya yerləşdirib, ilkin yardım göstərildikdən sonra həbs edirlər.

“Sasunlu dəliqanlıların” yaratdığı prosesi antiRusiya istiqamətinə çevirmək istəyirlər. Guya indi baş verənlər rus kolonilyazmindən xilas olmaq üçündür. ABŞ-ın Ermənistandakı səfirliyinin bu terror hadisəsinə yanaşması da bu aksiyanı antirus mahiyyətə çevrilməsində maraqlı olmasındadır.

Hər halda bütün erməni tarixinin tarixinin necə yaranması indi zaman keçdikcə sübut olunur. Amma ən mühüm geosiyasi nəticə isə Ermənistan dövlətinin davranışı ilə bağlıdır. Baş verənlər dövlət adına yaraşmayanlardır. Güclü dövlətçilik ənənəsi olan xalqlarda belə hadisələr baş verməzdi. Ermənistan dövləti, orqanları, hakimiyyət bu hadisələr zamanı ən passiv subyektlər oldu”.

1news.az

Paylaş:
495

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər