Ərdoğan: Şübhəsiz ki, 7 avqust mitinqində Azərbaycanın da bayrağı dalğalanacaq | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Şübhəsiz ki, 7 avqust mitinqində Azərbaycanın da bayrağı dalğalanacaq

15:42 - 04 / 08 / 2016
Ərdoğan: Şübhəsiz ki, 7 avqust mitinqində Azərbaycanın da bayrağı dalğalanacaq

Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin dövlət bayrağından başqa yalnız Azərbaycanın və Şimali Kiprin bayraqları dalğalana bilər.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ticarət palataları və birjalarının rəhbərləri ilə keçirdiyi toplantıda deyib:

“Bazar günü Yeniqapı meydanında mitinq keçirməyi planlaşdırırıq. Bütün xalqı mitinqə dəvət edirik. Buna görə də, parlamentin spikeri başda olmaqla bütün partiya rəhbərlərini - AK parti (Ədalət və İnkişaf Partiyası), CHP (Cumhuriyyət Xalq Partiyası), MHP (Milli Hərəkat Partiyası) dəvət etmişəm. İstəyirəm ki, hər kəsə xalqımızın birliyinə bəyan olsun. Çünki bu mitinq demokratiya və şəhidlərin xatirəsinə həsr olunub”.

“İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağından başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər. Buna heç bir şübhəmiz yoxdur”, - deyə Ərdoğan sözlərinə əlavə edib: 

“Bilirik ki, mitinqə çox hörmətli Devlet Bahçeli (MHP-nın lideri) də gələcək. Minnətdarıq. İstərdim ki, burada Kılıçdaroğlu da (CHP-nin lideri Kemal Kılıçdaroğlu) olsun”.

Qeyd edək ki, İstanbulun Yeniqapı meydanında “Demokratiya və şəhidlər” şüarı altında demokratiyaya dəstək mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra təşkil edilən mitinqlərin ən izdihamlısı olacaq. Bu mitinqdə Türkiyənin siyasi partiyalarının liderləri, tanınmış şəxslər, incəsənət xadimləri, idmançılar da iştirak edəcəklər.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər