Polis Akademiyasının nizamnaməsi təsdiq edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması üçün üç ay müddət müəyyən edilib.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
1news.az
779