Bakıda internet klubda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda internet klubda yanğın olub

10:18 - 05 / 08 / 2016
Bakıda internet klubda yanğın olub

Bu gün səhərə yaxın Bakıdakı internet klubların birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan internet klubun mətbəxində hava təmizləyici qurğu yanıb.

Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 06:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər