“Xəzər Kuboku-2016” müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib | 1news.az | Xəbərlər
Siyasət

“Xəzər Kuboku-2016” müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib

12:07 - 05 / 08 / 2016
“Xəzər Kuboku-2016” müsabiqəsində hava və dəniz hədəfləri üzrə atışlar keçirilib

“Dəniz kuboku – 2016” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya və Qazaxıstan hərbi dənizçiləri Xəzər dənizinin poliqonlarında ilk olaraq “hava hədəfləri”nə atışlar keçiriblər. 

1news.az xəbər verir ki, ssenariyə əsasən, şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra gəmi komandiri vəziyyəti qiymətləndirərək 60 mərmidən artıq istifadə etməmək şərti ilə hava hədəfini məhv etməlidir. Bu mərhələdə hakim kollegiyası tərəfindən gəmilərin poliqona daxil olması vaxtı, atış barədə komandirin qərar qəbuletmə vaxtı, hədəfin dəqiq vurulması və döyüş məşğələsinin yerinə yetirilməsinin ümumi vaxtı qiymətləndirilir.

İkinci mərhələdə dənizçilər dəniz hədəfləri üzrə atış keçiriblər. Dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 4500 m. məsafədən artilleriya qurğularından yerinə yetirilib, hədəfin vurulması üçün artilleriya qurğuları heyətlərinə 40 sursat verilib. Qiymətləndirmə birinci mərhələdə olduğu kimi həyata keçirilib.

Rusiyanın “Uqliç” kiçik raket gəmisi, Qazaxıstanın “Oral” raket-artilleriya gəmisi və Azərbaycanın G-124 patrul-mühafizə gəmisinin heyətləri müsabiqənin ilk iki elementini müvəffəqiyyətlə yerinə yetirərək növbəti mərhələlərin hazırlıq işlərinə başlayıblar. 

Növbəti mərhələlərdə dənizçilər artilleriya qurğularından üzən minaya atışlar və gəmi manevri keçirməli, gəminin sağ qalması üçün mübarizə zamanı gəminin dəliklərinin tutulması və gəmiyə dolmuş suyun çəkilməsi üzrə normativləri yerinə yetirməli və son mərhələdə xilasedici vasitələrdən istifadə etməklə qəza vəziyyətinə düşmüş gəmini vaxtında tərk etməlidirlər.

Azərbaycan hərbi dənizçilərinin yarışlarda iştirakı davam edir.

1news.az

Paylaş:
384

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənibBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər