Dünyanı gəzdi və bütün Pokemonları topladı
Gün keçdikcə Pokemon Go ilə bağlı xəbərlər gündəmdə qalmağı bacarır.
1news.az Technote-yə istinadən xəbər verir ki, ABŞ vətəndaşı Nick Johnson bir ilkə imza atıb və 145 Pokemonun hamısını toplamağa nail ola bilib.
28 yaşlı Johnson bunun üçün dünya turuna belə çıxmağı gözə alıb. O, yalnızca Avstraliyanın Sidney şəhərində və Yeni Zellandiyada tapılan "Kangaskhan” adlı pokemonu tapmaq üçün oraya yollanıb.
Sidneydə olan Pokemonu Hyde Park ətrafında tapan Johnson bölgədəki iştirakçılara da təşəkkür etməyi unutmayıb. Ərazidəki adı çəkilən Pokemonu tutmaq üçün taksiyə minməli olduğunu, yoldakı təmir işlərinə görə isə düşüb uzun məsafəni qaçdığını söyləyib. Çünki, Pokemonlar bəlli ərazidə yarandıqdan sonar müəyyən müddətdən sonar itirlər və yenidən üzə çıxmaqları zaman alır.
Bu arada 142 Pokemonu ABŞ-da toplayan oyuncu, ilk olaraq yalnızca Avropada yaşayan Mr. Mime-I tutmaq üçün Parisə yollanıb.
Həmçinin Johnsonun bütün xərclərini dünyaca məşhur Marriot və Expedia şirkətləri öz üzərlərinə götürüblər. Daha sonra Johnson Reddit istifadəçilərinin tövsiyələrini dinləyərək Honq Konq-dakı Farfetch'd-i də əldə edib.
Bütün Pokemonları toplayan Johnson Twitter hesabından oyunun qurucularına "Hey Nintendo və Pokemon Company, dünyanı gəzdim və 145 Pokemonun hamısını topladım, baş ofisi nə vaxt ziyarət edə bilərəm? Sabah Yaponiyadayam! ” deyə bildirib.
Qeyd edək ki, indiyədək oyunda 151 növ Pokemon tapmaq mümkün olub. Amma şirkət tərəfindən 145-i oyuna daxil edilib.
1news.az