Telekanal rəhbəri iki oğlu ilə birgə həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Telekanal rəhbəri iki oğlu ilə birgə həbs edildi - FOTO

17:03 - 07 / 08 / 2016
Telekanal rəhbəri iki oğlu ilə birgə həbs edildi - FOTO

“Samanyolu” telekenalının idarə heyətinin keçmiş rəhbəri Ali Çelik oğulları və bacısı oğlu ilə birlikdə həbs edilib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Bolqarıstana gedən avtobus Ədirnədə gömrük nəzarətindən keçərkən digər sərnişinlər kimi A.Çelik və onunla birgə olan 3 nəfər enməyərək pasportlarını təqdim ediblər.

Yoxlama zamanı onların passportlarındakı möhürün saxta olduğu məlum olub. Türkiyədən çıxmasına qadağa qoyulan A.Çelik və övladları digər qohumu ilə birlikdə saxlanılaraq polisə təhvil verilib.

Qeyd edək ki, “Samanyolu” telekanlının fəaliyyətinə 15 iyul hadisələrindən sonra qadağa qoyulub.

1news.az

 

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər