Şahin Mustafayev: “Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: “Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb”

14:32 - 08 / 08 / 2016
Şahin Mustafayev: “Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb”

Azərbaycanla Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə    iqtisadiyyat naziri Şahin Mustafayev bazar ertəsi Bakıda Azərbaycan-rus və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya ümumilikdə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb ki, bunun 2,8 milyard dolları neft sahəsinədir:

“Rusiya şirkətinin neft sektoruna yatırılan sərmayələrdən əldə etdiyi gəlir 2 milyard dollara çatıb”.

Nazir bu cür biznes-forumların keçirilməsinin vacibliyini vurğulayıb:

“Son 3 il ərzində bu cür tədbirlərdən 30-u təşkil edilib. Növbəti biznes-forum oktyabrın ikinci yarısında Azərbaycanda keçiriləcək”.

1news.az

 

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər