Türkiyədəki tarixi mitinq rəqəmlərlə - FOTO
15 iyul – hərbi çevriliş cəhdinə qarşı milyonlara türk İstanbulun “Yenikapı” deyilən ərazisində “Demokratiya və Şəhidlər Mitinqi” üçün dünən bir yerə toplaşmışdılar.
1news.az xəbər verir ki, Türkiyənin cümhuriyyət tarixində ilk dəfə iqtidar və müxalifət partiyalarının liderləri eyni mitinqdə birlik mesajları veriblər.
Tarixi mitinqdə digər türk dövlətlərindən rəsmi nümayəndələr, siyasətçilər, sənət adamları da iştirak ediblər.
Mitinqi rəqəmlərlə aşağıdakı kimi ifadə etmək olar:
Təxminən 5 milyon insan qatılıb.
Ərazidən 35 məntəqədə ümumilikdə 1 milyon watt gücündə səs sistemi quraşdırılıb.
Mitinqdə 25 min polis əməkdaşı təhlükəsizliyi qoruyub.
Mitinqə gələnlərin yoxlanılması üçün ərazidə 165 ədəd medat detektorlu qapı, 22 ədəd x-ray cihazı qurlaşdırılıb.
İnsanların daşınması üçün 7 min avotbus təsis edilib.
Dəniz yolu ilə sərnişin daşımaq üçün 203 gəmi ayrılıb.
Fiziki qüsurlu şəxslər üçün 50 ədəd avtobus ayrılıb.
728 səhiyyə işçisi ərazidə xidmət aparıb.
102 ədəd təcili yardım maşını, 1 ədəd dəniz təcili yardım maşını, 20 ədəd yanğınsöndürən maşın ərazidə xidmət aparıb.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən mitinq iştirakçılarına 2,5 milyon bayraq, 1,5 milyon şapka paylanılıb.
İB B vətəndaşlara 5 milyon ədəd su və 1 milyon ədəd müxtəlif qida paylayıb.
1news.az