Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatıb
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb.
1news.az xəbər verir ki, cari ilin iyul ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10263 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2417-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 7846-sı isə regionların payına düşüb.
Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatmışdır.
Onu da qeyd edək ki, 01 avqust 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 131 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
1news.az
324