Ərdoğan Rusiyada
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərdədir.
1news.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın özəl təyyarəsi Bakı vaxtı ilə 14:15-də Sankt-Peterburq Pulkovo hava limanına enib.
Onu Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə təmsilçisi Vladimir Zapivalov və Türkiyənin Sankt Peterburqdakı konsulu Kazım Çavuşoğlu qarşılayıb.
Ərdoğanın nümayəndə heyətinin tərkibində baş nazirin müavini Mehmet Şimşək, xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Nabi Avcı, iqtisadiyyat naziri Nihad Zeybəkçi, sənaye və kənd təsərrüfatı naziri Faruk Çelik, enerji və təbii sərvətlər naziri Berat Albayraq və Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan yer alıb.
Ərdoğanın Putinlə siyasət, turizm, iqtisadiyyat və bir çox sahədə görüşmələr aparacağı gözlənilir.
Qeyd edək ki, bu Türkiyə prezidentinin Rusiya SU-24 qırıcı təyyarəsinin vurulmasından sonra münasibətlərin normallaşması üçün Rusiyaya etdiyi ilk səfərdir.
1news.az