Putin: “Vəziyyətin normallaşması iki ölkənin də xeyrinə olacaq” | 1news.az | Xəbərlər
Dünya

Putin: “Vəziyyətin normallaşması iki ölkənin də xeyrinə olacaq”

15:46 - 09 / 08 / 2016
Putin: “Vəziyyətin normallaşması iki ölkənin də xeyrinə olacaq”

Rusiya Türkiyədə birbaşa sərmayə yatırmağa hazırdır.

1news.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin, Sank-Peteburq şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Rusiya prezidenti Türkiyədə mövcud daxili gərginliyin olduğu bir vaxtda, Ərdoğanın Sank-Peterburqa səfərinin hərə iki tərəfin də münasibətlərdə normallaşmaq istədiyinə nümunə olduğunu deyib.

Putin 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələri ilə bağlı da danışaraq deyib ki, Rusiyanın prinsipial mövqeyi konstitusiyaya zidd bütün hərəkətlərin qarşısındadır:

“Sizin rəhbərliyində türk xalqının bu problemin öhdəsindən gələcəyinə ümid edirəm”, - deyə Putin Ərdoğana söyləyib.

Fərid Ədalət

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər