Ərdoğan: “Bölgənin siyasi baxımdan bizdən gözləntiləri var”
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşür.
1news.az-ın verdiyi məlumata əsasən, görüş əsnasında Türkiyə-Rusiya münasibətlərinin vacibliyini vurğulayan R.T.Ərdoğan ümid edib ki, indi atılan və gələcəkdə atılacaq addımlar çox fərqli bir dönəm başlayacaq.
“15 iyun çevriliş cəhdindən sonra sizin bizimlə əlaqə saxlamanız, həm heyətimizi, həm də xalqımızı sevindirdi”, - deyə Türkiyə prezidenti V.Putinə müraciət edib.
Türkiyənin dövlət başçısı hər iki ölkənin həmrəyliyinin bölgə baxımından böyük önəm daşıdığını da qeyd edib:
“Bu ziyarətlə birgə, sirası bizdə olan mütəxəssislər şurası səviyyəsində olan toplantılar keçirəcəyimiz ilə bağı sevinc hissi duyuruq. Aramızda bir çox ikitərəfli münasibətlər var, bölgənin isə siyasi baxımdan bizdən gözləntiləri var. İnanıram ki, həmrəyliyimiz bölgədə mövcud olan problemlərin həllinə də kömək edəcək”.
1news.az